Rəng Korluğu Testi

Rəng korluğu, irsi yəni genetik olaraq meydana gələn bir narahatlıqdır və kişilərdə qadınlardan daha çox rast gəlinir. Görmə mərkəzində bəzi piqmentlərin olmaması və ya az olması halıdır. Ümumiyyətlə, yaşıl və qırmızı rəngləri ayıra bilməməklə özünü göstərsə də nadir hallarda mavi və sarı tonlarında ayırd edilə bilməyən rəng korluğu növləri də mövcuddur. Hətta bəzi rəng korları dünyanı yalnız qara və ağ rəngdə görürlər. Rəng koru olub-olmadığınızı anlamaq üçün internetdə müxtəlif rəng korluğu testləri mövcuddur. Yuxarıda bir nümunəsini gördüyünüz kimi. Bu testləri tətbiq etməklə siz də rəng koru olub-olmadığınızı asanlıqla müəyyənləşdirə bilərsiniz. Lakin daha ətraflı məlumat əldə etmək və rəng korluğunuzun dərəcəsini öyrənmək üçün göz müayinəsindən keçmənizi tövsiyə edirik.

Əlaqə Forması Covid-19 Məlumatlandırma