Quru Göz Testi
Göz quruluğunun bir çox fərqli səbəbi vardır:
Uzun müddət linza istifadəsi, havanı quru edən kondisionerlə təchiz olunmuş mühitlər, gözdə aparılan cərrahi əməliyyatlar, uzun müddət parlaq ekranda (kompüter, televizor, planşet, mobil telefon və s.) baxmaq, siqaret, revmatoid və ürək xəstəlikləri, şəkər xəstəliyi, qlaukoma, yaşlılıq, ətraf mühit amilləri və bəzi dərmanlar.
Göz yaşı, gözü bir növ yuyaraq, qoruyur və təmizləyir. Yetərli göz yaşı istehsalının olub olmadığını Schirmer Testi vasitəsilə asanlıqla öyrənmək mümkündür. Bu test quru göz üçün tətbiq oluna biləcəyi kimi, həddən artıq sulama hallarında da tətbiq olunur.
Xəstənin aşağı göz qapağına kalibr edilmiş test kağıdı yerləşdirilir və müəyyən bir müddət ərzində bu kağıdın nə qədər islanmağa başladığına baxılır; beləliklə, diaqnoz üçün lazım olan məlumat toplanmış olur. Bu test lokal anesteziya ilə də aparıla bilər.