Kontakt Lens
Kontakt lenslər gözün kırılma kusurlarını düzəltmək üçün gözlüyə alternativ olaraq istehsal edilmiş, korneanın ön səthinə yerləşdirilən süni linzalardır. Kırılma kusurlarını düzəltmək məqsədilə istifadəsinə əlavə olaraq kosmetik və ya bəzi kornea xəstəliklərini müalicə edən yönü ilə də tercih edilə bilər. Kontakt lensin iş prinsipi miyopiya və ya hipermetropiya dərəcəsinə görə kornea əyriliyinin bir kontakt lens səthi ilə dəyişdirilməsi və bu yolla mövcud kusurun düzəldilməsi prinsipinə əsaslanır.

Astiqmatizm halında isə, çox vaxt korneanın ön səthinin deformsiyası nəticəsində ortaya çıxdığı üçün ya sərt kontakt lens istifadə edilməli, ya da xüsusi olaraq astiqmatizm kusurunu düzəltmək üçün istehsal edilmiş yumşaq linzaların (torik lens) istifadəsi tələb olunur. Presbiopiya adlandırılan; adətən 40 yaşından sonra baş verən yaxın məsafəni görmə problemini aradan qaldırmaq məqsədilə istehsal edilmiş kontakt lenslər də mövcuddur.

Kontakt lensin yaranma tarixi 

İstifadəsi getdikcə yaygınlaşan və gözün şəffaf təbəqəsi kornea üzərinə qoyulan kiçik plastik linzalara kontakt lens adı verilir. Bugünkü gündə gözündə problem olan bir çox insan gözlük əvəzinə lensi seçir. Kontakt lens ilk dəfə 1508-ci ildə Leonardo da Vinci tərəfindən düşünülmüşdür. Göz ilə təmasda yerləşdirilən, içi su ilə dolu lens istifadə edən əsas optik prinsipləri müxtəlif təsvirlər və açıqlamalarla bildirən “Codex of the Eye” adlı sənədini hazırlamışdır. Kontakt lens bu gün çox inkişaf etmişdir.

Leonardo da Vinci-dən 100 il sonra Rene Descartes görmə problemlərini düzəltmək üçün kornea lens fikrini inkişaf etdirdi. Yaklaşık 170 il sonra Thomas Young, Descartes’in fikrini inkişaf etdirərək ilk lens olaraq qəbul edilən lensi hazırlamağa müvəffəq oldu. Lakin o zamana qədər hazırlanan və ya inkişaf etdirilən lenslər hələ də gözə taxıla bilmirdi.

Almaniyada 1887-ci ildə bir şüşə ustası olan August Muller, gözə taxıla bilən və göz tərəfindən qəbul edilən kontakt lensi inkişaf etdirdiyini elan etdi. Özünə tibb elminə etdiyi bu ixtira üçün fəxri doktor titulu verildi. Bundan sonra, bütün dünyada lens ilə bağlı dizaynlar və inkişaflar sürətləndi.

Amerikada 1948-ci ildə, korneanın yalnız bir hissəsini əhatə edən, plastikdən hazırlanan sərt kontakt lenslər, Kevin Tuohy tərəfindən istehsal edildi. Bu inqilabi addım ilə kontakt lenslərdə bir çox dəyişiklik baş verdi. Sohnges (Almaniya), Neill (ABŞ) və Dickinson (İngiltərə) mikro-korneal lenslərin öncüləri oldular.

Lens istehsalı texnologiya ilə birlikdə böyüməyə davam etdi və 1960-cı illərdə Otto Wichterle və Drahoslav Lim plastik, su udan, yumşaq kontakt lens istehsal etdilər. Bu inkişaf günümüzdə istehsal edilən kontakt lenslərə ilham mənbəyi olmuşdur. 1970-ci illərə qədər miyop və hipermetrop üçün lenslər istehsal edilirdi.

1978-ci ildə Amerikada astiqmatı olan xəstələr üçün ilk torik kontakt lenslər istehsal edildi. 1975-ci ildə davamlı lenslər istehsal edildi. 1980-ci illərdə yumşaq və rəngli lenslər istifadə edilə bilən hala gəldi. Sırasıyla GGS lenslər və Bifokal lenslər bazara çıxdı. 1990-cı illərdə ilk çox məqsədli lens baxım həlli istifadə edilə bilən oldu.

Sərt, yumşaq və yarım yumşaq lens olmaqla üç çeşiddir. Sərt lenslər polimetilmethakrilat, yumşaq lenslər Hema (hidroksimetilmetakrilat) və Hydron’dan, yarı yumşaq lenslər isə Cap (selüloz asetat bübünü)dan hazırlanırlar. Həmçinin silikondan hazırlanmış lenslər də mövcuddur.

Lenslərin bir-birinə və gözlüyə görə pozitiv və negativ cəhətləri vardır. Lens ilə gözlüyə görə daha aydın görüntü əldə edilir. Gözlüyün şaq və burun üzərindəki ağırlıq və təzyiq, kontakt lensdə yoxdur. Görmə sahəsi daha genişdir. Pis cəhətləri isə diqqətli baxım tələb etmələri, alışana qədər bəzən narahatlıq yaratmaları və ən əsası korneanın oksigen almasını çətinləşdirdiklərindən günün sonunda çıxarılması lazım gəlmələridir. Son zamanlarda, davamlı taxıla bilən yumşaq lenslər də istehsal edilməkdədir.

Kontakt lens meyarları nələrdir?

Hər kəs kontakt lens taxmağa uyğun göz quruluşuna sahib deyil. Gözün ətrafında iltihabi problemlər, korneanın da lens səbəbindən iltihaplanmasına səbəb olacağından əvvəldən bu problemlərin həll edilməsi lazımdır. Gözümüzü örtən konjonktival quruluşun (ki biz onu ağ olaraq görürük) sağlam olması lazımdır. İrəliləmiş dərəcədə allergik ya da romatizmal xəstəliklər səbəbiylə bu strukturlar pozulubsa, kontakt lensin taxılması uyğun olmayacaq. Bütün bu meyarlar göz doktorunun edəcəyi detallı müayinə ilə müəyyən edilir və qiymətləndirilir.

Kontakt lens nə qədər müddət istifadə oluna bilər?

Kontakt lenslərin öz istifadə müddətləri var, məsələn günlük, aylıq kimi lens növləri bir ömür istifadə oluna bilər. Lakin lens istifadəsi xəstə açısındakı bir müddət sonra rahatlığını itirərsə, başqa müalicələrə; daha daimi cərrahiyə metodlarına müraciət edilə bilər. Çünki lenslərin istifadəsi qədər baxımı da çox önəmli və həssas bir işdir. Yenə lens istifadəsinin sonlanıb-sonlanmayacağına göz doktoru və xəstə birlikdə qərar verirlər.

Kontakt lens istifadəsi, doktor müayinəsindən sonra lensiniz müəyyənləşdirildikdə ilk sınaqlar edildikdən sonra sizə ilə bağlı bir təhsil veriləcəkdir. Bu təhsil sayəsində lenslərinizi istifadə etdiyiniz müddət boyunca özünüz baxım və istifadə əməliyyatını həyata keçirə biləcəksiniz. Bu səbəbdən lens istifadəsi, öz özünü baxım edəcək fərdlər üçün uyğundur.

Kontakt lens istifadəsi çətindir?

İlk dövrdə tax-çıxartma bir az çətinləşdirə bilər, lakin nizamlı təlimatlara əməl edərək hər hansı bir çətinlik yaşamayacaqsınız. Lakin lens istifadə edərkən diqqət ediləcək ən önəmli məsələ hijyendir. Lensin təmizliyi və baxımı çox önəmlidir və həssaslıqla tətbiq olunmalıdır. Lenslə yatmamalı, hovuz, dənizə girməməli və duş almamalıdır. Ayrıca uzun müddət gözünüzdə qalan lens, göz qurutması yaradacağından evə gəlincə çıxarıb, gözümüzü rahatlatmaq önəmlidir.

Kontakt lens solüsyonu zəruridir?

Özəl kontakt lens solüsyonu və tabletləri sayəsində lensin təmizliyi təmin edilə bilər. Günlük istifadə - at lenslərinizi axşam çıxardığınızda təmizlənməyə ehtiyac yoxdur, çünki lensləriniz gündəliksə ertəsi gün mütləq istifadə olunmamalıdır.

Kontakt lens müayinəsi

Normal göz müayinəsindən başqa, xəstənin kornea ölçülərinin qiymətləndirilməsi və kontakt lens sınağı kimi bir müayinə edilə bilər. Çünki kontakt lenslər də gözlük numaraları kimi şəxsə özəldir və ediləcək ölçü nəticəsində müəyyən olunur. Hər marka hər gözə uyğun gəlməyə bilər, buna görə də bir neçə sınaq etmək lazımdır.

Kontakt lens növləri

Bugünkü gündə ən çox istifadə olunan iki növ lens var.
  • Qaz Keçirən Sərt Lenslər: Gözün oksigen almasına imkan verdiklərindən bu cür adlandırılmışlar. Bu keçiricilik sayəsində bugünkü gündə istifadəyə verilən sərt lenslərə görə kornea epitel metabolizmasına daha az zərər verir. Sərt quruluqları səbəbindən kornea formasını almadıqları üçün yüksək dərəcəli astiqmatizm və keratokonus hallarının müalicəsində tercih edilir.

  • Yumşaq Lenslər: Bu tip lenslər istifadə tərzinə və tezliyinə görə bir çox alt kateqoriyaya ayrılır: İstifadə-et kimi adlandırılan tək günlük lenslər, gündəlik istifadə olunan aylıq lenslər, gündəlik istifadə olunan illik lenslər, bəzi kornea narahatlıqlarının müalicəsi üçün istifadə olunan müalicəvi lenslər, bifokal adlanan yaxın məsafəni də görməyə imkan verən lenslər və rəngli lenslər. Yumşaq lenslər istifadə baxımından daha komfortludur. Kırılma kusurlarını aradan qaldırmaq məqsədilə istifadə olunan kontakt lenslərin əksəriyyəti rəngsizdir və taxıldığında gözün görünümünü dəyişdirmirlər. Gözdə qaldıqları müddət ərzində kusuru aradan qaldıraraq görüntünü aydınlaşdırırlar.

Kontakt lens istifadəsinin təqdim etdiyi üstünlüklər

  • Lens istifadə edən şəxslər obyektləri real ölçülərində görürlər. • Gözlükdə yan görmə açısı zəif ikən kontakt lenslər daha geniş bir görmə sahəsi təqdim edir.
  • Gözlük istifadə edən şəxslər çərçivə və linza kənarlarının yaratdığı hissdən şikayət edərkən, kontakt lens istifadəsində bənzər əngəllərlə rastlaşılmaz.
  • Kontakt lenslər gözlüyün üzdə yaratdığı ağırlığı yaratmadığı üçün narahatlıq verməyəcəkdir.
  • Soğuk mühitdən isti mühitə keçid zamanı gözlükdə yaranan buğulanma durumu kontakt lensdə baş vermir.
  • İdman, rəqs və s. aktiv fəaliyyətlərdə gözlük üzdən düşmə təhlükəsi vardır. Kontakt lensdə isə bu dezavantaj yoxdur.
  • Gözlük istifadə edən şəxslərin günəş gözlüyü istifadə etmələri çətinləşir. Kontakt lens istifadəsində isə bu çətinlik yoxdur.

Kontakt lens alarkən diqqət edilməli olanlar

Gözə uyğun olmayan lens seçimi böyük ehtimalla müxtəlif problemlərə yol açacaqdır. Bu səbəbdən kontakt lensin növü və istifadə məqsədi nə olursa olsun, mütəxəssis həkimin tövsiyə etdiyi uyğun xüsusiyyətlərə malik kontakt lenslər alınmalıdır. Mütəxəssis həkim müayinəsi zamanı şəxsin gözünə ən uyğun ölçü və xüsusiyyətlərə malik kontakt lens müəyyən edilir və sınaq lensi ilə kontakt lenslərin gözlə olan uyğunluğu qiymətləndirilir. Hər şey normal olsa, kontakt lens reçetəsi verilir. Həmçinin şəxsə lens taxma, çıxarma və təmizləmə kimi əsas istifadə təlimatları verilir. Göz həkiminin tövsiyə edəcəyi tezlikdə aparılan yoxlamalardan sonra şərtlər normal olduqda kontakt lens istifadəsinə davam edilə bilər. Kontakt lenslər, gözlüksüz bir həyat sürmək istəyən lakin refraktiv cərrahiyaya uyğun olmayan və ya invaziv bir metoddən qaçınmaq istəyən şəxslər üçün istifadəli və estetik vasitələrdir. Bununla yanaşı, seçimi, baxımı və istifadəsi düzgün edilmədiyi zaman göz qurutması və qızarması, bəzən də daimi görmə itkisinə qədər gələ bilən göz infeksiyalarına səbəb ola bilərlər.

Problemsiz Lens İstifadəsi Üçün İpuçları

  • Lenslər göz həkiminin tövsiyə etdiyi saatlar ərzində istifadə olunmalı, daha uzun saatlar gözdə qalmamalıdır.
  • Gözlərdə hər hansı bir narahatlıq hiss edilməsə belə, kontakt lensin maksimal istifadə müddəti aşılmamalıdır.
  • Periyodik kontakt lens müayinələri laqeyd edilməməlidir.
  • Lens taxma və çıxarma əməliyyatlarından əvvəl əllər sabun və su ilə yaxşı təmizlənməli; qurulayarkən isə əlin qalıntı qalmaması üçün kağız dəsmal tövsiyə olunur.
  • Lensləri hər çıxarışda xüsusi solüsyon ilə ovulmalı və bu solüsyonda saxlanmalıdır.
  • Fərqli lens baxım metodları eyni anda tətbiq olunmamalı və ya bu barədə göz doktorunun tövsiyə etdiyi metod tətbiq olunmalıdır.
  • Kontakt lenslər mütləq şəxsə özəldir və başqaları ilə paylaşılmamalıdır.
  • Aeresol və spreylerin lenslərlə təmasından qat-qat qaçınılmalıdır.
  • Makyaj edərkən göz qapaqlarının iç kısımlarına diqqət edilməli və makyaj materialının lens ilə təmasından qaçınmaq lazımdır. Əvvəlcə kontakt lens taxılmalı və makyaj ondan sonra edilməli, makyaj təmizlənərkən də əvvəlcə kontakt lens çıxarılmalı, sonra makyaj silinməlidir.
  • Göz doktorunun tövsiyə etmədiyi heç bir dərman və damla istifadə edilmeməlidir.
  • Solüsyon şişəsinin ucu barmaqlar və lenslərlə təmas etməməlidir.
  • Gözlərdə yaranan hər hansı bir narahatlıq hissində, lens istifadəsi dayandırılmalı və vəziyyət davam edərsə göz doktoruna müraciət edilməlidir.
Əlaqə Forması Covid-19 Məlumatlandırma