Göz Ultrasonoqrafiyası
Göz Ultrasonoqrafiyası xüsusilə travmatik göz problemlərində ehtiyac duyulan bir diaqnostik üsuldur.
Ultrasonoqrafiya, ölçümlərdə səs dalğalarının istifadəsidir. İstifadəsi olduqca yaygındır və iş prinsipi səs dalğalarının əks olunmasına dayanır, yəni səs dalğaları taranacaq toxumaya göndərilir və geri əks olunan səs dalğaları yenidən bu cihazla algılanaraq şəkil halına gətirilir. Bu şəkillərə baxılaraq da toxumadakı dəyişikliklər aşkar edilir. Göz xəstəliklərinin müəyyən edilməsində isə iki növ ultrasonoqrafiya istifadə olunur. İlkində, gözdə birbaşa görə bilmədiyimiz hissələrində baş verən toxuma zədələrinin aşkar edilməsində istifadə olunur; retina cırılması və ya dəkolmanı, göz içi qanamaları, yad cisim batması, şiş və iltihabi hallarda faydalanılır.
İkincisində isə xüsusilə katarakt əməliyyatında istifadə ediləcək düzgün linzanın seçilməsi üçün göz qabarığının böyüklüyünün, kornea qalınlığının, linza və ön kamera qalınlığı ilə vitrous adlanan göz içi mayesinin mühit genişliyinin ölçülməsində istifadə olunur. Göz içi məsafələrin düzgün və dəqiq ölçülməsində istifadə edilir.